Azərbaycan Ordusunun hərbçisi həlak oldu - şəhid statusu veriləcək

Azərbaycan Ordusunun hərbçisi həlak oldu - şəhid statusu veriləcək
  • Hərb

  • Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

    Bu barədə Asiya.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat Xidmətindən bildirilib.

    Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.

    Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

    Bu barədə isə Asiya.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər