Masallıdan olan prezident təqaüdçüsü intihar etdi

Masallıdan olan prezident təqaüdçüsü intihar etdi
  • Manşet / Olay

  • Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.

    Asiya.az-ın əldə etdiyi məlumata görə, Masallı rayonu Güllütəpə kənd sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.

    Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, Prezident təqaüdçüsü idi.

    Mərhumun atası Şahin Səmədli Masallı şəhər 4 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləyir. O həm də jurnalist fəaliyyəti göstərir. 

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
    Allah rəhmət etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər