Bu barədə Asiya.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.
Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.