Bakıda sürət qatarı adamı vuraraq öldürdü

Bakıda sürət qatarı adamı vuraraq öldürdü
  • Olay

  • Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

    Asiya.az
    APA-ya istinadla xəbər verir ki, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.

    Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər