Millət vəkili Masallı rayonu Musaküçə kəndində səyyar görüş-qəbul keçirdi - FOTOLAR

Millət vəkili Masallı rayonu Musaküçə kəndində səyyar görüş-qəbul keçirdi - FOTOLAR
  • Sosial / Manşet

  • Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Musaküçə kəndində seçiciləri ilə səyyar görüş-qəbul keçirib.

    Asiya.az
    xəbər verir ki, səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilatlar rəhbərləri, deputatın köməkçiləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

    Millət vəkili Məşhur Məmmədov görüş öncəsi kənd qəbiristanlığında uyuyan Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də Qarabağ şəhidlərini ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsini yad edərək, məzarlarına gül dəstələri düzüb.

    Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar əsasən sosial və sənədləşmə ilə bağlı müraciətlər ediblər.

    Millət vəkili görüşdə qaldırılan məsələlər istiqamətində müvafiq qurumlara qanunamüvafiq tapşırıqlar verdi. Bəzi problemlər yerindəcə həll edildi, digərləri qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edildi.





    PAYLAŞ:

    Oxşar xəbərlər