Masallıda şəhidlərin anım mərasimləri keçirilib - FOTOLAR

Masallıda şəhidlərin anım mərasimləri keçirilib - FOTOLAR
  • Sosial / Manşet

  • Oktyabr 22-də Masallı rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib.


    Asiya.az xəbər verir ki, İmanlı kəndində şəhid Məhəmməd Nail oğlu Vəliyevin, Masallı şəhərində şəhid Vüsal Balarəzi oğlu Hadıyevin, Ərkivan qəsəbəsində şəhid Əlizadə Famil Habil oğlunun, Boradigah qəsəbəsində şəhid İbrahim Rasif oğlu Rükabzadənin, Tüklə kəndində şəhid Əli Seyran oğlu Nəcəfovun anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayon rəsmiləri, şəhid ailələri, qazilər, din xadimləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


    Şəhid ailələrinin ziyarəti zamanı rayon rəhbəri Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıb, hər zaman onların yanında olduqlarını bildiriblər.

    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






    PAYLAŞ:

    Oxşar xəbərlər