Masallıda üç şəhidin anım mərasimi keçirilib - FOTOLAR

Masallıda üç şəhidin anım mərasimi keçirilib - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Çaxırlı kənində 44 günlük Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Namiq Nurəddin oğlu Bağırovun, Güllütəpə kəndində şəhid Şəmsəddin Sərvər oğlu Təhməzovun, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrindəki əsgəri şəhid Araz Elsevər oğlu Seyfullayevin anım mərasimləri keçirilib.

    Asiya.az xəbər verir ki, hər üç anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, YAP Masallı Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

    Şəhid ailələrini ziyarət edən İcra başçısı və millət vəkili ailənin qayğıları ilə maraqlanıb, hər zaman onların yanında olduqlarını bildiriblər.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə minnətdarlığını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər