Şahruddin yenə “gündəmə” düşməyi bacardı…

Şahruddin yenə “gündəmə” düşməyi bacardı…
  • İdman

  • Avropa liqasında uğurla çıxış edən təmsilçimiz “Qarabağ” “Nant” səfərindən məğlub ayrıldı. Bu matçda “Qarabağ” bərabərə qalsaydı play-off mərhələsini təmin edəcəkdi. Heç-heçənin kifayət edəcəyi oyunda Şahruddin Məhəmmədəliyev yenə “gündəmə” düşməyi bacardı. Oyunun 16-cı dəqiqəsində Şahruddinin etdiyi “detski” səhv nəticəsində “Qarabağ” qapısında ilk qolu gördü. Ümumiyyətlə bu Şahruddinin ilk səhvi deyil. ”Şahruddin əla seyvlər edir” deyənlər də var düzdür, amma qapıçının işi top çıxarmaqdır da, topu qapıya salmaq deyil ki…

    Şahruddin yaxşı oyunlar keçirib, amma bu o demək deyil ki, səhvi olanda göz yumulmalıdır. O halda göz yummaq olar ki, səhvlər az hallarda olur və ya nəticəyə təsir göstərmir. Düzdür, səhv etmək normal haldır. Amma hər dəfə səhvi edib ört-basdır etmək mənim fikrimcə normal hal deyil. Səhvlər olduqda səhvlərin üstündə işləyib, bir daha həmin səhvi etməməyə çalışmaq lazımdır. Edilən kobud səhvlərdən birinin nəticəsində “Qarabağ” UEFA Çempionlar Liqasının play-off mərhələsində “Viktoriya”-a məğlub olaraq Avropa Liqasına düşdü. İndi isə son turun nəticələrindən sonra “Qarabağ” Konfrans Liqasına düşə bilər. Ümid edək ki, bu baş verməyəcək və “Köhlən atlar” Avropa Liqasında yoluna davam edəcək.
    Nihat KƏRİMLİ
    PAYLAŞ:

    Oxşar xəbərlər