Koreyada Hellouin şənliyində ölənlərin sayı 153-ə çatıb

Koreyada Hellouin şənliyində ölənlərin sayı 153-ə çatıb
  • Manşet / Olay

  • Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

    Ölənlər arasında 97 qadın var.

    Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 mindən çox insanın iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 153 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər