Bildirilir ki, yeni funksiya "Link Device” adlanır. Onu messencerin parametrlərində tapmaq olar.
Məlumata görə, yeni rejimdə eyni vaxtda dörd smartfon və ya planşet bir hesaba qoşula bilər. Eyni zamanda, yeni mesajlar və mövcud söhbət tarixçələri avtomatik olaraq bütün cihazlarda sinxronlaşdırılır.
2.22.24.18 beta versiyasını "Google Play”dən yükləmək olar. Ancaq hazırda funksiya bütün ölkələrdə işləmir.//oxu.az