Messi “Qızıl top” mükafatını qazanmağa ən real namizəddir

Messi “Qızıl top” mükafatını qazanmağa ən real namizəddir
  • İdman

  • "Goal” futbol saytında "Qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.

    Hazırda Qətərdə keçirilən dünya çempionatında uğurlu çıxışı ilə yadda qalan Lionel Messi siyahıda birinci pillədə qərarlaşıb.

    Onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə "Mançester Siti”sindən Erlinq Holand üçüncü sıradadır.

    Siyahıda ilk beşliyi Neymar (PSJ, Fransa) və Robert Levandovski ("Barselona”) qapayırlar.

    "Qızıl top” mükafatını 2022-ci ildə qazanan Kərim Benzema siyahıda sonuncu pillədə qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər