Yüksək vəzifə verilən general-mayor kimdir? - DOSYE

Yüksək vəzifə verilən general-mayor kimdir? - DOSYE
  • Siyasət / Araşdırma

  • Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.

    Asiya.az
    oxu.az-a istinadla xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.

    Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.

    Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə "Vətən uğrunda” medalı ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər