Vüqar gənc meyxanaçıları tənqid etdi

Vüqar gənc meyxanaçıları tənqid etdi
  • Mədəniyyət

  • "Son zamanlar efirə getməyi xoşlamıram. Azərbaycan layihəsindən sonra başladım işlər görməyə. Deyirdim, Yeni ilə çatdırım, amma alınmadı. Əliboş efirə getməyi sevmirəm". 

    Asiya.az
    "axşam.az”a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Səhər mərkəzi" proqramında deyib. Sənətçi yeni işi olmayanda proqrama qatılmağı sevmədiyini deyib. 
    Əbdülov veriliş zamanı da mahnı oxumaqdan imtina edib:

    "Elə aparıcılar var ki, şəxsi suallar verirlər. Gündəmdə yaşanan hadisələrlə bağlı suallar verirlər. Mən də bunları xoşlamıram".

    Uzun müddətdir meyxanadan uzaqlaşması haqda suala Əbdülov "Cavanlar var, daha aqresivdilər. Başqa tərzdə deyişirlər. Məndə klassik meyxanadır. Mən öz yaşıdlarımla meyxana deyirəm. Ağasəlimlə meyxana deyəndə deyirdi sürətlə demə. İndikiləri də mən çatdırıb tuta bilmirəm. Meyxananı yanıltmac kimi ediblər. Normal ritmdə deyirəm, tez-tez deyəndə fikir çatdırmaq olmur" cavab verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər