Nəsimi rayonunun küçə və döngələri “Dubay bazarı”na çevirilib - RƏZALƏT

Nəsimi rayonunun küçə və döngələri “Dubay bazarı”na çevirilib - RƏZALƏT
  • Mədəniyyət / Araşdırma

  • Bu rayonun küçə və döngələrində satışa çıxarılan məhsullar heç bir halda baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, məhsulların keyfiyyətli olub-olmaması haqda istehlakçılara heç bir məlumat verilmir 


    Dünən gundemxeber.az-ın əməkdaşı redaksiyamıza daxil olan məlumatlar əsasında Bakı şəhərinin Nəsimi rayonuna aid ərazilərdə olmuş və canlı şəkildə gördüyü bir çox problemlərlə,  eybəcərliklərlə və s. ilə bağlı reportaj da hazırlamışdır.  Bu haqda bir qədər sonra.


    Məlumdur ki, 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Belə bir təyinatın verilməsindən 7 (yeddi) ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, hələ də Nəsimi rayonu ərazisinə aid problemlər həllini tapmır ki, tapmır. Problemlərin əmələ gəlməsinə bir çox amillərin varlığı səbəb olur ki, bu da rayon sakinlərini çoxsaylı problemlərlə üz-üzə qoymaqdadır. Faktdır ki, bu gün sakinləri daha çox narahat edən, rayonun ümumi görünüşünə, küçə və döngələrinin təmizliyinə xələl gətirən başlıca səbəblərdən biri də, ərazilərdə küçə ticarətinin tüğyan etməsidir. Söz yox ki, qanunsuz küçə ticarətinin fəalyyət göstərməsinə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahibləri tərəfindən “yaşıl işıq” yandırılır ki, bunu rayonun küçə və döngələrində, piyada keçidlərinin həndəvərində, səkilərdə, dayanacaqlara yaxın ərazilərdə, yaşayış binalarını qarşısında və digər yerlərdə görmək mümkündür.


    Qeyd edək ki, 

    küçə ticarətinin fəaliyyət göstərməsinə həmin şəxslər tərəfindən razılıq verilməzsə, o halda bir kimsə “risk edib” belə bir addımını atmaz. Yəni, nəinki axşam saatlarında, hətta səhər və günorta saatlarında da bu rayonun mərkəzi küçələrində, piyadaların keçib-getdikləri səkilərdə, magistral yollara yaxın ərazilərdə, küçə və döngələrdə və s. hər cür kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçirilir. Elə ki, günün axşam saatları olur, o halda vəziyyət daha dözülməz həddə çatır və  satıcılar qışqırıq-bağırtıları ilə “əndazəni aşırlar” və onlar yol kənarlarında, piyadaların gedib- keçdikləri yerlərdə şor, pendir, limon, göyərti, müxtəlif növ meyvələr, balıq və toyuq məhsulları satırlar. Hətta, elə hallar da olur ki, küçə ticarəti ilə məşğul olanlar mallarını magistral yolların dayanacaqlarında satırlar ki, bu da dəfələrlə yol-nəqliyyat hadisələrinin və digər təhlükəli anların baş verməsinə səbəb olub. Adicə bir faktı qeyd edək ki, bu rayonun “Memar Əcəmi” metrostansiyasından üzü “Yeganə” şadlıq sarayına doğru gedən yolda, yəni Hüseynbala Əliyev və Seyid Cəfər Pişəvəri (əvvəlki adı Cavadxan) küçələrində meyvə, tərəvəz, ət və ət məhsulları, daha nələr, nələr satılır. Əslində hər bir ərazidə kəndli bazarı var və bu rayonun ərazisində yerləşən, hansı ki, 3-cü mikrorayondakı “Kəndli Yarmarkası”ndan da sakinlər hər cür alış-veriş edə bilərlər.


    Belə 

    olunma, bəzən ciddi fəsadların baş verməsi ilə də nəticələnir. Bir sözlə, əvvəllər hər kəsin ümid edib inandığı, etibar etdiyi Nəsimi RİH Aparatı, sanki bu gün inamsız bir quruma çevirilib. Qeyd edək ki, vaxtilə Bakı şəhərinə aid rayonların küçə və döngələrində, digər ərazilərində küçə ticarətinin fəaliyyət göstərməsinə dair Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazə 01 yanvar 2014-cü il tarixdən ləğv olunub. Bəli, belə bir qərar Bakı şəhərini daha da abadlaşdırmaq, gözəlləşdirmək, dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək məqsədilə verilir. 


    Qeyd 


    Amma onu da unutmaq olmaz ki, bir kimsə Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinə cavabdehlik daşıyan vəzifə sahiblərinin, ərazi üzrə cavabdehlik daşıyan polis əməkdaşlarının icazəsi olmadan hansısa daşı daşüstə, almanı narüstə qoya bilməz. Bütün bunlara baxmayaraq, hal-hazırda bəzi vəzifə sahibləri bu rayonun ərazilərində küçə ticarətini şəxsi nəzarətlərində saxlayırlar və bununla da maddi maraqlarının təmin olunmasını həyata keçirirlər. Əslində bu cür addım qanundankənar fəaliyyətdir və bu gün həmin şəxslər  öz məsuliyyətlərini dərk etmirlər.





    PAYLAŞ:

    Oxşar xəbərlər