Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edildi

Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edildi
  • Siyasət / Araşdırma

  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

    Asiya.az xəbər verir ki, "Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

    Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

    Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər