Dünyanın ən böyük şəlaləsi olan Niaqara buz bağladı - FOTOLAR

Dünyanın ən böyük şəlaləsi olan Niaqara buz bağladı - FOTOLAR
  • Maraqlı

  • Qütb soyuqluğu dünyanın ən böyük şəlalələrindən biri olan Niaqarını buza çevirib. 

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Kanada sərhədi arasında yerləşən Niaqara şəlaləsi şaxta səbəbindən donub.

    Məlumat üçün bildirək ki, bir dəfə də belə bir hadisə 1932-ci ildə baş verib. O zaman da şiddətli qütb soyuqluğu səbəbindən şəlalə tamamilə donub.
    Onu da qeyd edək ki, şəlalənin daxil olduğu bütün parkın qar və buzla örtülməsi Niaqaranı görmək istəyən bir neçə turistin ziyarətinə mane ola bilməyib, onlar hər tərəfin buz bağlamasına baxmayaraq, yenə də bu əraziləri səyahət edirlər.
    Ayşən

     

     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər