Vatikan: "Papa XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək"

Vatikan: "Papa XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək"
  • Cəmiyyət

  • "96 yaşında vəfat edən Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək".

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

    Bruninin sözlərinə görə, mərasim səhər saat 9:30-da Müqəddəs Pyotr meydanında başlayacaq və mərasimə Roma Papası Fransisk rəhbərlik edəcək.

    Xatırladaq ki, Fəxri Roma Papası XVI Benedikt bu gün səhər saat 9:34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər