Britaniya şahzadəsindən etiraf: "25 nəfəri öldürmüşəm"

Britaniya şahzadəsindən etiraf: "25 nəfəri öldürmüşəm"
  • Cəmiyyət

  • Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.

    Bu barədə Sasseks hersoqu özünün avtobioqrafik "Spare” ("Ehtiyat”) kitabında yazıb.

    "Mən dəqiq deyə bilərəm ki, nə qədər düşmən döyüşçüsü öldürmüşəm... Deməli, məndə bu say 25-dir. Bu hal məni məmnun etməsə də, utanmadım", - o bildirib.

    Britaniya şahzadəsi Əfqanıstanda iki çağırış müddətində xidmət edib.

    Həmçinin şahzadə 17 yaşında narkotikdən istifadə etdiyini də bildirib.

    Qeyd edək ki, "Spare" kitabının buraxılışı yanvarın 10-na nəzərdə tutulub.
    ///Baku.ws
    PAYLAŞ:

    Oxşar xəbərlər