İsrailə yeni təyin olunan səfir kimdir? - DOSYE

İsrailə yeni təyin olunan səfir kimdir? - DOSYE
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyevin sərəncamıyla Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin edilib.

    Asiya.az yeni təyinatın bioqrafiyasını təqdim edir. 

    Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub.

    O, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

    M.Məmmədov Beynəlxalq əməkdaşlıq şöbəsində 2015-2018-ci illər arası müdir vəzifəsində çalışıb. Daha əvvəl (2005-2013-cü illər) işlədiyi Xarici İşlər Nazirliyində ikinci katib vəzifəsinə qədər gəlib çatıb. Daha sonra isə Təhsil Nazirliyinə keçən M.Məmmədov 2013-cü ildən başlayaraq Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb.

    Ötən ilin aprel ayından etibarən isə Elm və Təhsil nazirliyində nazir müavini vəzifəsində çalışıb.

    İngilis, rus və türk dillərini bilir. Evlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər