Asiya.az xəbər verir ki, əvvəlcə şəhidlərin və Hacı Zeynalabdin Tağıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin bu gün hər kəsə bir nümunə olduğunu diqqətə çatdırıb. Sonra kitabxananın əməkdaşları Rasif Dadaşov və Gülər Piriyeva mövzu ilə bağlı məruzə ediblər.