“JASMİNE PARK” SAKİNLƏRİ BELƏ SOYUR… – ŞİKAYƏT

“JASMİNE PARK” SAKİNLƏRİ BELƏ SOYUR… – ŞİKAYƏT
  • İqtisadiyyat / Araşdırma

  • ”“Jasmine Park” saraydan 2 ildir ev almışıq. Evi bizə 1 il gec təhvil verdilər, ona susduq. Sonra da dedilər sayğacların ödənişini edin, daha sonra başlaya bilərsiz təhvilə.Onu da ödədik.Biz artıq təmiri bitiririk, amma bunlar hələ də sayğacı qoymurlar”.

    Asiya.az
    xəbər verir ki, bu barədə vətəndaş Gülər Əli sosial şəbəkədə yazıb. Şikayətçi qeyd edib ki, onlardan hələ də pul tələb edilir:

    “Bizdən 80 manat pul alıblar ki, remont edəndə bizim suyumuzdan, işığımızdan istifadə edəcəksiniz.Yaxşı, bəs mən indi evimin təmirini bitirirəm, nə pulu demisiz ödəmişəm. Bu ayın sonuna qoyacaqdınız sayğacları, nə oldu?Zəng də edirsən, hərəsi bir yerə yönəldir, boyun qaçırırlar. Azərişıq ASC, Azəriqaz İB, Azərsu ASC bəlkə sizlikdi? Bir carə tapılsın da buna belə olmaz axi”.

    Şikayətçi bildirib ki, camaatı aylardı oynadırlar:”Buradan kiminsə ev almaq fikri varsa, əsəblərinə heyifi gəlsin”.
    PAYLAŞ:

    Oxşar xəbərlər