MTN generalı Sübahir Qurbanovun əmlakları geri qaytarılıb

MTN generalı Sübahir Qurbanovun əmlakları geri qaytarılıb
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanovun müsadirə olunmuş bəzi əmlakları ona geri qaytarılıb.

    Asiya.az
    xəbər veirr ki, Ali Məhkəmənin sədri tərəfindən verilmiş qərar onunla əsaslandırılıb ki, müsadirə olunmuş əmlaklar cinayət əməlinin əhatə etdiyi dövrdən kənar vaxtda əldə olunub. Bundan başqa, ərizəçilər həmin əmlakları qanuni yolla əldə etdiklərini sübut ediblər. Bunları nəzərə alaraq, Bakı şəhərində fərqli ünvanlarda yerləşən iki mənzilin və Masallı rayonunun Qızılavar kəndində yerləşən 0.0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsi müsadirədən azad olunaraq Sübahir Qurbanova geri qaytarılıb.

    Qeyd edək ki, Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evi də müsadirədən azad olunub.

    S.Qurbanov 1954-cü ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Daxili İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib, 2004-cü ildən MTN-də şöbə rəisi vəzifəsindən sonuncu iş yeri olan Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinədək xidmət keçib. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. O, bir neçə nəfər nazirlik əməkdaşı ilə birgə 2015-ci ildə həbs olunaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.
    Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamına əsasən, Sübahir Qurbanov azadlığa buraxılıb.//Lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər