Masallıdan olan ata və oğlu Ukraynada həlak oldu

Masallıdan olan ata və oğlu Ukraynada həlak oldu
  • Masallı / Hadisə / Manşet

  • Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində 2 mülki Azərbaycan vətəndaşı dünyasını dəyişib.

    Asiya.az
    xəbər verir ki, Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu, 31 yaşlı Əliyev Cavidin meyitləri zərbədən hissələrə parçalanıb.

    Vilayətin Pokrovsk şəhərində müvəqqəti yaşayan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iribuynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar.

    Hadisə yerinə gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə yaxın pulu tapmayıblar. Yerli polisin köməyi ilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitlərinin hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır.//Report.az
    PAYLAŞ:

    Oxşar xəbərlər