Taksi sürücüsünün telefonlarını oğurlayan Masallı sakini tutulub - FOTO

Taksi sürücüsünün telefonlarını oğurlayan Masallı sakini tutulub - FOTO
  • Masallı / Hadisə

  • Sifariş etdiyi taksinin sürücüsünün telefonlarını oğurlayan şəxs saxlanılıb.

    DİN-dən Asiya.az-a verilən məlumata görə, Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan K.Zərbiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək sərnişin kimi rayona gətirdiyi naməlum şəxsin oteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonu oğurladığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Əfruz Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, paytaxtdan taksi ilə Lənkərana gələn Ə.Əliyev rayona çatdıqdan sonra sürücünün mobil telefonlarını oğurlayaraq oradan uzaqlaşıb. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həmin şəxsin ətrafında apardıqları əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin rayon ərazisindəki digər oğurluqlarının da üstü açılıb. Belə ki, Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub. Ə.Əliyevin analoji əməllərinin digər zərərçəkənlər varsa polisə müraciət etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər