“WhatsApp”da səsli zənglə danışanların nəzərinə - Yeni özəlliklə…

“WhatsApp”da səsli zənglə danışanların nəzərinə - Yeni özəlliklə…
  • Maraqlı

  • "WhatsApp” qrup söhbətləri üçün zəng planlaşdırma funksiyasını sınaqdan keçirir.

    Asiya.az
    xəbər verir ki, onlayn görüşlər üçün çox vacib olduğu deyilən xüsusiyyətin təfərrüatları da ortaya çıxıb.

    Qrup söhbətlərinə daxil ediləcək funksiya ilə artıq görüşlərin planlaşdırılması daha asan olacaq. Eyni qrupda olan "WhatsApp” istifadəçiləri görüşdə əvvəlcədən təyin edilmiş zənglə iştirak edəcəklər.

    Zəng planlaşdırma xüsusiyyəti ilə başlıq, vaxt və tarix kimi tələb olunan xüsusiyyətləri təyin edərək, parametrlərinizə uyğun olaraq hazırlana biləcəksiniz.

    "WABetaInfo”nun paylaşdığı xəbərə görə, qrup söhbətləri üçün yeni funksiya Android cihazları üçün Beta 2.23.4.4 yeniləməsi ilə gələcək. Yeni funksiyanın stabil versiyaya nə vaxt keçəcəyi hələ məlum deyil.
    PAYLAŞ:

    Oxşar xəbərlər