PREZİDENTİN MÜNHENDƏN VERDİYİ ÖNƏMLİ İSMARIŞLAR – DEPUTAT MƏHŞUR MƏMMƏDOVDAN RƏY

PREZİDENTİN MÜNHENDƏN VERDİYİ ÖNƏMLİ İSMARIŞLAR – DEPUTAT MƏHŞUR MƏMMƏDOVDAN RƏY
  • Araşdırma / Siyasət

  • “Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz mövzusunda təşkil edilən panel diskussiyada, o cümlədən tədbirdən sonra Azərbaycan telekanallarına verdiyi müsahibədə regionla bağlı bütün məsələlərə açıq mövqeyini ifadə etdi. Cənab Prezident aydın şəkildə bəyan etdi ki, bölgədə sülh prosesinin inkişafına mane olan kənar təsirlər nədən ibarətdir”.

    Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov Prezidentin panel müzakirədə çıxışı ilə bağlı söyləyib. Deputat hesab edir ki, dövlət başçısı istər Ruben Vardanyan adlı dələduz oliqarxın Rusiyadan Xankəndiyə köçməsi, istərsə Ermənistanın sülh danışıqlarını pozması, istərsə də Laçın yolunda guya blokada olması ittihamları barədə aydın fikirlər səsləndirdi. M.Məmmədovun sözlərinə görə, Prezident bundan əvvəl də Ermənistana sülh müqaviləsi ilə bağlı xəbərdarlıq edib: “Cənab İlham Əliyev qeyd edib ki, 2023 Ermənistan üçün son ildir. Əgər İrəvan sərhədləri dəqiqləşdirməyi, Qarabağdakı terrorçu silahlı dəstələri çıxarmağı gecikdirsə, Zəngəzur dəhlizinin açılmasını yenə bəhanələrlə uzatsa, üçtərəfli sənədin icra edilməyən digər müddəalarını yerinə yetirməsə, o zaman Azərbaycan alternativ və sərt yollara əl atmağa məcbur qala bilər. Bölgədə sülh ən çox ermənilərə lazımdır. Paşinyan komandası zaman qazanmağa çalışır və 2024-cü ildə regionda geosiyasi şəraitin dəyişəcəyinə ümid edir. Çünki bölgədə təsir gücləri olan ölkələrdə seçkilər keçiriləcək. Əvvəlcə, bu il qardaş Türkiyədə seçki ilidir, gələn il isə Rusiya, ABŞ və Ukraynada seçkilər keçiriləcək. İrəvan güman edir ki, vəziyyət dəyişə bilər. O baxımdan biz də addımlarımızı sürətləndirməliyik. Diplomatiyamız öz işini görür və düşünürəm ki, Ermənistan hansısa bəhanələrlə manevr etməyə çalışsa da, Azərbaycan üçtərəfli sənədin bütün bəndlərini ona icra etdirəcək”.
    Deputat Məşhur Məmmədovun fikrincə, Azərbaycan Prezidenti bütün platformalarda dövlətin və xalqın maraqlarını ifadə edir: “Həm Rusiyada keçirilən görüşlərdə, həm Avropa platformalarında bizim mövqeyimiz dəyişməzdir. Bunu Ermənistan və ona dəstək verən region ölkələri də, beynəlxalq güclər də anlamalıdırlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər