Daşkəsənə güclü qar yağıb - FOTOLAR

Daşkəsənə güclü qar yağıb - FOTOLAR
  • Manşet / Sosial

  • Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir. 

    Yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir. 

    Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır. 

    Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.














    PAYLAŞ:

    Oxşar xəbərlər