“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi 5 yaşında

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi 5 yaşında
  • Cəmiyyət / Manşet

  • “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi 5 yaşını qeyd edir.

    “Belə-belə işlər” layihəsi bu münasibətlə süjet hazırlayıb.

    Süjetdə Birliyin 5 illlik fəaliyyətindən, Masallı, Lerik, Lənkəran, Şamaxı, Tovuz və digər rayonlarda keçirdiyi tədbirlərdən ətraflı şəkildə söz açılıb.

    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib ki, hələ də bəzi boşluqlar var, çox çalışmaq lazımdır: “Bizim ən ali varlığımız müstəqil Azərbaycandır. Bu ölkənin vətəndaşı olaraq hər birimiz bu varlığa sahib çıxmalıyıq. Çox arzu edirəm ki, gənclərimizin adı elmi inkişaflarda səslənsin, onların səsi ən yüksək tribunalardan gəlsin. Yorulmadan bu Vətənə xidmət etməliyik”.  

    Asiya.az xəbər portalı olaraq “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin 5 yaşını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik.

    Qeyd edək ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi həyata keçirilən layihələri ənənəvi olaraq hər il hesabat şəklində ictimaiyyətə təqdim edir. İllər keçdikcə İctimai Birlik üzərinə götürdüyü missiya ilə vətəndaşlarımıza, özəlliklə əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışır. RHİM İB peşəkarlıq və sədaqət meyarına uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

    Qarabağ (ümumən Azərbaycan) həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətində aparıcı yer tutur. RHİM İB, öz adına da uyğun olaraq, müxtəlif mətbuat orqanlarında ardıcıl olaraq maarifləndirici çıxışlar, çoxsaylı kitabların nəşri və yaddaqalan tədbirlərin təşkili, ali dövlət rəhbərliyinin inkişaf strategiyasına dəstək məzmunlu aktual layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər