Prezident Fərid Qayıbovu sədr təyin etdi

Prezident Fərid Qayıbovu sədr təyin etdi
  • İdman / Araşdırma

  • Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir ki, idman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MİNEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

    2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanmış və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib.

    Sərəncamla Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri:

    Azərbaycan Respublikasının gənclər və idman naziri

    Təşkilat Komitəsinin üzvləri:

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

    Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

    Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri

    Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri

    "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

    Bakı Konqres Mərkəzinin direktoru.

    Sərəncamla Təşkilat Komitəsinə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər