“Heydər Əliyev İli” çərçivəsində Salyanda ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Salyanda ağacəkmə aksiyası keçirilib
  • Sosial

  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Salyanda ağacəkmə aksiyası keçirilib.

    Asiya.az
    xəbər verir ki, rayon ictimaiyyətilə birlikdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun da iştirak etdiyi aksiyada
    müxtəlif növ ağaclar əkilərək yeni yaşıllıq zolaqları salınıb.

    Aksiya iştirakçıları tərəfindən xüsusi ayrılmış ərazidə 300-ə yaxın ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

    Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.







    PAYLAŞ:

    Oxşar xəbərlər