Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Fazil Mustafanın güllələnməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Hadisə / Araşdırma

  • Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

    "Report"un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.

    TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. 

    Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

    DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər