EMİN ƏMİRULLAYEVLƏ MƏKTƏBLİLƏRİ ZƏHƏRLƏYƏN ŞİRKƏT RƏHBƏRİ RAFAİL ŞİRİNOVU NƏ BAĞLAYIR ? – ARAŞDIRMA

EMİN ƏMİRULLAYEVLƏ MƏKTƏBLİLƏRİ ZƏHƏRLƏYƏN ŞİRKƏT RƏHBƏRİ RAFAİL ŞİRİNOVU NƏ BAĞLAYIR ? – ARAŞDIRMA
  • İqtisadiyyat / Araşdırma

  • Bakıda 20 nömrəli məktəbdə şagirdlərin bufetdən aldığı yeməkdən zəhərlənməsi digər məktəblərin bufetlerində də yoxlamalar aparılmasını zəruri edib. Bu məqsədlə qida bloku ilə təmin edilən 174 ümumtəhsil müəssisəsində keçirilən yoxlamanın nəticəsi olaraq 130 məktəbdə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib.

    Tribunainfo.az yazır ki, nöqsanlar diqqətləri birbaşa məktəbləri qida bloku ilə təmin edən “TAİS İKF” MMC-yə yönləndirib. Məlum olub ki, bu MMC təkcə zəhərlənmə baş verən məktəbi deyil, Bakıdakı bütün məktəb bufetlərini ərzaq və qida ilə təmin edib. MMC-yə məktəbləri qida ilə təmin etməsi işini isə Elm və Təhsil Nazirliyi həvalə edib.
    Belə ki, “TAİS İKF” MMC məktəb yeməkxanalarında icarə müqaviləsi əsasında fəaliyyət göstərib, adıçəkilən qidalar məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirilib. Qanuni nümayəndəsi Rafail Şirinov Məmməd oğlu olan MMC 1994-cü ilədən fəaliyyət göstərir.
    Dövlət Satınalmalarının rəsmi portalından aydın olur ki, son 1 ildə Elm və Təhsil Nazirliyi dövlət təminatında olan təhsilalanların yeməklə təchizatı üçün bu şirkətə ümumilikdə 19 milyon manatdan çox dəyəri olan tender verib.
    Şirkət təkcə Elm və Təhsil Nazirliyindən yox, digər dövlət qurumlarından da iri həcmli tenderlər alıb. Belə ki, “Bakı Metropoliteni” QSC bu şirkətlə ümumi dəyəri 1 milyon manat civarında olan tender müqaviləsi imzalayıb.

    Apardığımız qısa araşdırma zamanı o da məlum olur ki, Təhsil Naziriyinin ötən il elan etdiyi tenderin də qalibi məhz sözügedən MMC olub. Nazirliklə qalib şirkət arasında məbləği 6 milyon 616 min 245 manat olan müqavilə imzalanıb. Maraqlıdır ki, sözügedən MMC təkcə qida təmini işi ilə məşğul olmur. Məsələn, “TAİS İKF” “Baki Metropoliteni”nin təmizlik işini həyata keçirir.

    “Bakı Metropoliteni” QSC ilə “TAİS İKF” MMC-nin əməkdaşlığı 2019-cu ildən indiyədək davam edir. Metropoliten ilə “TAİS İKF” MMC arasında 2019-cu ilin noyabr ayında “Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında “”Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında “”Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması” lotu üzrə 1.001.445 manatlıq müqavilə imzlanıb.
    QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edir. Maraqlıdır ki, illərdir tenderlər qalibi olan, qida və təmizlik işləri həyata keçirən bir MMC-nin adı mətbuatda ancaq neqativ məqamlarda hallanıb.
    “Bakı Metropoliteni” ilə də yaşanmış hadisə də bu qəbildəndir. Belə ki, ötən il Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi. O, metronun “Ulduz” stansiyasının təmizlik işçisi olduğunu bildirmiş və Rafael (Rafail Şirinov – red:) adlı şəxs şəxsin bağında qanunsuz işlədildiyini qeyd etmişdi. Həmçinin bu təmizlik şirkətinin MMC-ni əxlaqsızlıq yuvasına çevirdiyini bildirmişdi.
    Hələ 2022-ci ildə adı bu kimi hadisələrdə hallanan bir MMC-yə təhsil ocaqlarının qida tədarükünü həvalə edən nazirliyin də məsuliyyətsizliyi insanı dəhşətə gətirir. Emin Əmrullayevin rəhbərlik etdiyi bir nazirliyin dəfələrlə, israrla tenderdə qalib etdiyi bu MMC-ni bu şəkildə dəstəkləməsi də, ondan vaz keçə bilməməsi təəccüb doğurur.
    PAYLAŞ:

    Oxşar xəbərlər