Lənkəranın bələdiyyə sədri iki ildir ölən şəxsin təqaüdünü mənimsəyir? – İDDİA

Lənkəranın bələdiyyə sədri iki ildir ölən şəxsin təqaüdünü mənimsəyir? – İDDİA
  • Lənkəran / Hadisə / Araşdırma

  • Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur.

    Asiya.az Bizim.media-ya istinadən xəbər verir ki, o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. Maraqlı məqamlardan biri isə bələdiyyə sədri tərəfindən 17 mart 2023-cü il tarixində mərhumun saxta “Ölüm haqqında tibbi şəhadətnamə”sinin rəsmi arayışla hazırlanmasıdır.

    Bildirilir ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi, ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 7 fevral 2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib. Bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.
    İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını nəvəsindən alaraq anasına verib. Beləliklə, iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. İki il sonra isə ya borc, ya da bank kartının etibarlılıq müddəti bitdiyindən bələdiyyə sədri Aygün Mirzəyeva mərhumun ailəsinə dəfn olunması ilə bağlı arayış verib. Halbuki mərhum Lənkəranda “Böyük bazar” qəbiristanlığında həyat yoldaşının yanında 2021-ci ildə dəfn olunub.
    Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
    Bələdiyyə sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər