Lənkəranda market müdiri həyat yoldaşını qətlə yetirdi

Lənkəranda market müdiri həyat yoldaşını qətlə yetirdi
  • Lənkəran / Hadisə

  • Lənkəranda yerləşən “Bazarstore”un müdiri həyat yoldaşını qətlə yetirib.

    Asiya.az xəbər verir ki, qətl hadisəsi 13 aprel saat 12:40 radələrində Bakı şəhərinin Binəqədi rayonu, Rəzulzadə qəsəbəsində yerləşən gözəllik salonlarının birində baş verib.
    43 yaşlı İsrafil Dursun oğlu Yusifov gözəllik salonunda dırnaq ustası kimi çalışan 37 yaşlı Aygün Qərib qızı Yusifovanı kəsici-deşici alətlə qətlə yetirib.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı polisə gələrək təslim olub.

    Qeyd edək ki, İsrafil Yusifovun Lənkəran rayonunun Liman şəhərində yaşadığı bildirilir. Əslən Tovuz rayonundandır. O, bir müddət öncə həyat yoldaşı ilə ayrı yaşamağa başlayıb. Qətlə yetirdiyi həyat yoldaşı həmçinin onun xalası qızı olub. Onların 2 övladı – bir qızı və bir oğlu var.

    İlkin araşdırmalara görə, qətlin səbəbi Aygün Yusifovanın məhkəməyə müraciət edərək həyat yoldaşından boşanmaq istəməsi olub.//cenublu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər