Cəlilabadda külək və leysan əkin sahələrinə ziyan vurub

Cəlilabadda külək və leysan əkin sahələrinə ziyan vurub
  • Cəlilabad / Sosial

  • Aprelin 21-də güclü külək və leysan Cəlilabad rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.

    Bu barədə "report”a fermerlər məlumat verib.

    Qeyri-sabit hava şəraiti nəticəsində daha çox rayonda kartof əkilən Kazımabad, Maşlıq, Təklə və digər kəndlərdəki sahələrə ziyan dəyib.
    Fermerlərin sözlərinə görə, sahələrin 50 faizi məhv olub:

    "Bu sahələrin özünə gəlməsi üçün azı on-on beş gün vaxt lazımdır. Kartof yığımı 10-15 gün gecikəcək, eləcə də məhsuldarlıq 50 faiz aşağı düşüb".

    Qeyd edək ki, bu il Cəlilabad rayonunda 5 min hektar sahədə kartof əkilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər