“Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”

“Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”
  • İqtisadiyyat

  • "Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni "Yerlim+” tarifini təqdim edib.

     

    Asiya.az xəbər verir ki, indi cəmi 4 AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və WhatsApp-da pulsuz yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün "Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə yaxınlaşaraq yeni nömrə almaq lazımdır.


    Yerlim+ tarifinin təqdim etdiyi danışıq dəqiqələrini olduğunuz bölgədən ölkədaxili bütün istiqamətlərdə istifadə edə bilərsiniz. Yerlim+ tarifi ilə bağlı daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

    "Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif ehtiyaclara uyğun fərqlitariflər təqdim edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər