Masallıda yol-nəqliyyat hadisəsində sürücü vəfat etdi, qohumu xəbəri eşidib öldü - FOTOLAR

Masallıda yol-nəqliyyat hadisəsində sürücü vəfat etdi, qohumu xəbəri eşidib öldü - FOTOLAR
  • Masallı / Hadisə / Manşet

  • Mayın 26-da Masallı-Dihah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Rayonun Böyük Xocavar kənd sakini Namiq Eynullayevin idarə etdiyi "VAZ 217030" markalı avtomobillə rayonun Banbaşı kənd sakini Miri Ağayevin idarə etdiyi "VAZ 21043" markalı avtomobillər toqquşub. 

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə qəza nəticəsində "VAZ 21043" markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. 
    Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və "VAZ 217030" markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

    Asiya.az-ın əldə etdiyi digər məlumata əsasən Miri Ağayevin nəşi aparılarkən onun qaynanasının anası Banbaşı kənd sakini Mənsurə Eynalova aldığı xəbərin təsirindən həyacanlanaraq vəfat edib.




    PAYLAŞ:

    Oxşar xəbərlər