Asiya.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, intiharla bağlı ilk məlumatı bakupost.az yayıb.