Silvio Berluskoni vəfat etdi

Silvio Berluskoni vəfat etdi
  • Cəmiyyət

  • İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dünyasını dəyişib.

    Asiya.az xəbər verir ki, 86 yaşlı siyasətçi Milanda xəstəxanada vəfat edib. 

    1994-2011-ci illər arasında İtaliyada ən uzun müddətdir baş nazir olan Silvio Berluskoni 2 gün əvvəl yenidən xəstəxanaya yerləşdirilib. Aprelin 5-dən mayın 19-na kimi 45 gün ağciyər infeksiyasından müalicə olunan və eyni zamanda xroniki leykoz diaqnozu qoyulan Berluskoninin 86 yaşında vəfat etdiyi açıqlanıb.

    Berluskoni 2020-ci ilin sentyabrında COVİD-19-a tutulub və iki həftəlik çətin müalicə müddətindən sonra sağala bilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər