Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”

Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”
  • Siyasət

  • Fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olması demokratiya və sülh üçün təhlükəlidir.

    Asiya.az "report”a istinadən xəbər verir ki, bu fikir Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın 13 iyun 2023-cü il tarixində Fransanın "Le Figaro” qəzetində "Respublikaçı” deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubunda yer alıb.

    "Le Figaro” 12 iyun 2023-cü il tarixində saat 20:20-də öz internet səhifəsində və qəzetinin 13 iyun 2023-cü il tarixli buraxılışında, 170-dən çox "Respublikaçı" deputatın imzaladığı "Dağlıq Qarabağa dəstək üçün sağçı Respublikaçıların müraciəti” adlı məqalədə səfir kimi fəaliyyət göstərdiyim Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.

    "Respublikaçı" deputatların başlatdığı "həyəcan siqnalı” yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir.

    Fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olması demokratiya və sülh üçün təhlükəlidir. Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər”, - L.Abdullayeva qeyd edib.

    qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunmuşdur. Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olmuşdur.

    hüquqa və götürülmüş öhdəliklərə hörmət bizi bu tarixi məqamda çox yaxın olduğumuz bu məqsədə doğru apara bilər:

    "Müzakirələrin yalnış qələmə verilərək, mövzudan kənarlaşmasına imkan verməmək, Azərbaycanın davamlı sülh qurmaq istəyinə sizi əmin etmək üçün bu mövzuları şəxsən müzakirə etmək məqsədilə bizimlə görüşməyinizi təklif edirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər