Sankt-Peterburqda Azərbaycan və Rusiya baş prokurorlarının görüşü başladı

Sankt-Peterburqda Azərbaycan və Rusiya baş prokurorlarının görüşü başladı
  • Manşet / Siyasət

  • Sankt-Peterburqun Tavriya sarayında keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə rusiyalı həmkarı İqor Krasnovun ikitərəfli görüşü başlayıb.

    Bu barədə Report-un Rusiya bürosu xəbər verir.

    Qeyd edək ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir. Görüş zamanı iki ölkənin prokurorluqları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən cinayətkarların ekstradisiyası və maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
    Bu gün həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər