Həşəratlar niyə işığa yığışır? – Alimlərdən maraqlı araşdırma

Həşəratlar niyə işığa yığışır? – Alimlərdən maraqlı araşdırma
  • Maraqlı

  • Tədqiqatçılar pəncərəni açan kimi lampanın ətrafında böcəklərin dolaşması ilə bağlı yeni nəzəriyyə irəli sürüblər. 

    Asiya.az xəbər verir ki, xüsusilə yay aylarında çöldən içəri daxil olan həşərat və milçəklər çoxalarkən, bəziləri işığa doğru gedir. İndiyə qədər böcəklərin süni işığa çəkildiyi iddia edilsə də, yeni araşdırmalar işığın böcəklər üçün bir tələ olduğunu ortaya qoyur. 

    Alimlər hesab edirlər ki, böcəklər işığa yaxınlaşdıqca idarəetməni itirirlər.

    London İmperial Kollecindən Samuel Fabian deyir ki, böcəklər və işıq arasındakı əlaqənin həşəratların bədənlərinin idarəetmə sistemləri ilə əlaqəli olduğuna inanılır.

    Tədqiqatçılar böcəklərin işığa olan cazibəsini öyrənərkən üç mühüm şeyi kəşf etdiklərini deyirlər. Birincisi, həşəratlar onun üzərindən uçmaq istəyəndə başıaşağı çevrilir və yıxılırlar. İkincisi, işığın altından keçdikdən sonra dayanmadan və nəticədə yıxılmadan əvvəl dik bir istiqamətlə dırmaşmağa başlayırlar. Üçüncüsü, tədqiqatçılar həşəratların işığın orbitində olduğunu kəşf ediblər.

    Yeni araşdırmaya görə, həşəratlar birbaşa işığa uçmuş kimi görünsələr də, əslində bədənlərinin idarəetmə sistemlərinə müəyyən şəkildə müdaxilə edərək, onların həyatları bahasına başa gəlir və çox zaman onların ölümü ilə nəticələnir.
    PAYLAŞ:

    Oxşar xəbərlər