Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı işdən çıxarıldı - FOTO

Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı işdən çıxarıldı - FOTO
  • Manşet / Siyasət

  • Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat yoldaşı Nərmin Seyidova vəzifəsindən azad edilib.

    O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı.

    Məlumata görə, sözügedən vəzifəyə hələ ki, təyinat olmayıb.

    Qeyd edək ki, vəzifəsindən azad edilən Nərmin Seyidovanın həyat yoldaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rayonda vətəndaş qəbulu keçirdiyi zaman döyüldüyü haqqda məlumat yayılıb. 

    Məsələ ilə bağlı verilən rəsmi açıqlamada məlumat təkzib edilib. ///pravda.az

    PAYLAŞ:

    Oxşar xəbərlər