Dünyanın ən yaşana biləcək şəhərləri açıqlandı - SİYAHI

Dünyanın ən yaşana biləcək şəhərləri açıqlandı - SİYAHI
  • Maraqlı

  • Avstriyanın paytaxtı Vyana dünyanın ən yaşana bilən şəhəri adını qoruyub. 

    Asiya.az
    xarici mətbuata istinadla xəbər verir ki, "The Economist” 173 şəhərin məlumatlarına əsaslanaraq dünyanın yaşana biləcək şəhərlərinin  siyahısını hazırlayıb.

    Avstriyanın paytaxtı Vyana 2023-cü ildə dünyanın ən yaşana bilən şəhəri adını qoruyub.

    Araşdırmada bu ilki yaşamaq üçün ən əlverişli on şəhərin siyahını hazırlanıb. 

    Siyahıda Vyana, Kopenhagen, Melburn , Sidney , Vankuver , Sürix , Kalqari, Cenevrə , Toronto , Osaka şəhərləri yer alır.

    Siyahıda yer alan ölkələrin keçən il 73,2 faiz olan yaşamaq qabiliyyəti bu il 76,2-yə yüksəlib ki, bu da bütün dünyada həyat sə
    viyyəsinin yaxşılaşmasının əlaməti kimi şərh edilib.

    Dünya miqyasında səhiyyə xidmətləri yaxşılaşsa da, müharibələrin təsirləri səbəbindən bir çox ölkədə sabitlik göstəriciləri azalıb. Siyahıdakı bütün şəhərlərdə yaşayış meyarları Covid-19 pandemiyasından əvvəlki səviyyələrə qayıdıb.

    2022-ci il siyahısında yer almayan Ukraynanın paytaxtı Kiyev Rusiya-Ukrayna müharibəsinə görə bu il 165-ci yerdə, siyahının sonunda olub. Müharibə səbəbindən 2022-ci ildə 96-cı yerə enən Rusiya  yerini qoruyub.
    PAYLAŞ:

    Oxşar xəbərlər