Ağcaqanadlar ən çox bu qan qrupuna malik insanlara hücum edir

Ağcaqanadlar ən çox bu qan qrupuna malik insanlara hücum edir
  • Maraqlı

  • Havalar istiləşdikcə ağcaqanadların sayı çoxalır. Bu da hamı üçün əsl narahatlığa çevrilir. Araşdırmalara görə, B qan qrupu olan insanları ağcaqanadların sancması ehtimalı aşağıdır, lakin bu, digər qan qrupları üçün o qədər də yaxşı xəbər deyil.

    Asiya.az lent.az-a istinadən bildirir ki, ağcaqanadlar da müəyyən qan qruplarına üstünlük verirlər. Ən çox O(I), sonra A(II) qan qrupunu xoşlayır, B(III) qan qrupunu isə daha az sevirlər. Tədqiqat da bunu təsdiqləyir: O (I) qan qrupu qansoranların sevimlisidir.
    Tədqiqat qrupu müxtəlif qan qrup­larından 64 nəfəri araşdıraraq ağcaqanadların kimlərə hü­cum etdiyini öyrənib. Nəticədə, O(I) qan qrupu uçan həşəratların ən çox hücum etdiyi hədəf olub.
    Dişləmə üçün başqa bir risk cins amili ola bilər. Ağcaqanad­lar daha çox qadınları dişləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər