Zəlzələ zamanı bunları etməyin - Mütəxəssislərdən xəbərdarlıq

Zəlzələ zamanı bunları etməyin - Mütəxəssislərdən xəbərdarlıq
  • Maraqlı

  • İlyun 4-ü gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

    Bəs zəlzələ zamanı necə davranmaq lazımdır?

    Asiya.az xəbər verir ki, mütəxəssislər bildirilər ki, vətəndaşlar yaşadıqları binalara uyğun fəaliyyət planı müəyyən etməlidirlər.

    İlk növbədə isə zəlzələ zamanı sakit olmaq lazımdır. Çünki çaxnaşma səhv hərəkətlər etmənizə səbəb ola bilər.
    Mebel və rəflər, şkaflar kimi yıxılan və yaralana biləcək əşyalardan uzaq durmalısınız.
    Pəncərələr, balkonlar və pilləkənlər də uzaq durmağınız lazım olan yerlərdir. Bu sahələr çökə və həyatınızı riskə ata bilər. Qapıların təhlükəsiz ərazilər olmadığını da xatırlamalaq lazımdır.

    Həmçinin zəlzələ zamanı və sonra liftlərdən istifadə etməməlisiniz.

    Baş verən zəlzələdən sonra gecə evdə hər hansı ziyan olub-olmadığını araşdırmalısınız. Çoxmərtəbəli binaların birinci mərtəbələrində çıxış yollarından çıxmaq düzgün davranışdır. İlk zəlzələdən sonra  azmərtəbəli binaların 15 saniyədə boşaldılması düzgündür.

    Zəlzələ zamanı hündür mərtəbəli binalarda qaçmaq isə doğru deyil. Güclü zəlzələ zamanı evdən çıxmağa çalışmaq xəsarətin əsas səbəbidir. Buna görə dərhal sığınacaqlı birdə dayanmaq lazımdır.

    Sarsıntı anında stulların dəstəklədiyi masanın altına, ağır kreslo kimi yerlərin yanına getməli, dizlərinizi sinənizə doğru çəkib, çömələrək həyat üçbucağı yaratmalısınız. Bunu edərkən bir əlinizlə sabit obyekti tutmalı, digər əlinizlə başınızı mümkün təsirlərdən qorumalısınız. Sarsıntı keçənə qədər olduğunuz yerdə qalmalısınız. Sizi qoruya biləcək ağır əşyaların altında və yanında olmaq mümkün təsirlərə qarşı  daha təhlükəsiz ərazi yaradır.

    Bilməlisiniz ki, elektrik enerjisi kəsilə, ətrafınızda həyəcan siqnalları səslənə bilər. Ancaq panikaya düşməməlisiniz.

    Əgər binada deyilsinizsə, təhlükəsiz yerdə olduğunuzdan əmin olmalısınız. Ətrafınızdakı binalardan, pəncərələrdən uzaq, təhlükəsiz yerdə zəlzələnin dayanmasını gözləməlisiniz.

    PAYLAŞ:

    Oxşar xəbərlər