Yeni yaradılan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib

Yeni yaradılan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Araşdırma / Mədəniyyət

  • Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub. 

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

    Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

    Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiqlənib.

    Bəxtiyar Vaqif oğlu Qılıncov Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi təsdiq olunub.

    Qeyd edək ki, Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib.

    1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

    2018-2020-ci illərdə Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

    2020-ci ildən son təyinata kimi Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

    Qeyd edək ki, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarını əhatə edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər