Bu barədə Asiya.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İstintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.