Tanınmış teleaparıcı reanimasiyaya yerləşdirildi

Tanınmış teleaparıcı reanimasiyaya yerləşdirildi
  • Cəmiyyət

  • Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.

    Asiya.az gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.

    Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

    Yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.
    Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər