Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunan Elmir Ramazanov KİMDİR?

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunan Elmir Ramazanov KİMDİR?
  • Araşdırma / Siyasət

  • Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
     
    Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
     
    Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.
     
    Elmir Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.
     
    Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
     
    Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.
     
    Ailəlidir, bir övladı var./Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər